
Olavale Onanuqa "Kəpəz"dən göndərilməyəcək.
Bu barədə Sportinfo.az-a Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov məlumat verib.
Yaxınlarda "sarı-göylər"in sükanı arxasına qayıtmış mütəxəssis nigeriyalı hücumçunun onun "qara siyahı"sında olmadığını bildirib:
"Hazırda komandada ən çox razı qaldığım üç nəfər varsa, biri odur. Onanuqa hər məşqdə özünü yaxşı tərəfdən göstərir, oyunda canını meydanda qoyur.
Mən belə futbolçudan niyə imtina etməliyəm? Yayılan xəbərlər tamamilə əsassızdır".
Afrikalı bundan öncə 2023/2024-cü illər mövsümündə "sarı-göylər"in heyətində çıxış edib. Burada 27 oyuna 2 qol vurub.
"Kəpəz"dən sonra Olavale "Əl-Nəsr" (Küveyt) və "Bney Yehuda"da (İsrail) oynayıb.
O, yalnız pul üçün təkrar Azərbaycanın yolunu tutmayıb. İsrailin yayda İran və Fələstinlə yaşadığı müharibə şəraiti Onanuqanın qərarına birbaşa təsir göstərib.
Bu səbəbdən yenidən geri dönüb və 6000 dollar qarşılığında 1 illik müqaviləyə imza atıb.
SPORTİNFO.AZ