“Atletik”lə matçdan öncə “Qarabağ”da vəziyyət neçədir? - “Sportinfo TV”də CANLI YAYIM

19:40 Sportinfo TV 450
“Atletik”lə matçdan öncə “Qarabağ”da vəziyyət neçədir? - “Sportinfo TV”də CANLI YAYIM

Bu gün "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində növbəti səfər matçı var.

Təmsilçimiz "Atletik"in qonağıdır.

İlk iki turda qeydə alınan qələbələrin davamını Bilbaoda gətirmək mümkün olacaqmı?

"Qarabağ"da futbolçuların əhval-ruhiyyəsi nə yerdədir?

Qurban Qurbanov hansı taktikadan istifadə edəcək?

Zədədən qayıdan Marko Yankoviç və Nəriman Axundzadə əsas heyətdə yer alacaqmı?

Matçdan öncə bu və digər suallara cavab tapmaq üçün saat 19:45-də diqqətiniz “Sportinfo TV”də olsun.

Xanoğlan İmanov aparıcısı olduğu "Avropa həftəsi" verilişində tanınmış jurnalist Anar Xanlarovla canlı yayımla görüşünüzə gələcək.

Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in dəstəyi ilə təqdim olunur.

“YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti