Premyer Liqada daha bir özbaşınalıq: “O, uzaqlaşdırılmalıdır“ - VİDEO

16:20 Hadisə 280
Premyer Liqada daha bir özbaşınalıq: “O, uzaqlaşdırılmalıdır“ - VİDEO

“Mən hələ belə bir şey görməmişəm. O, hakimlikdən uzaqlaşdırılmalıdır“.

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

Azərbaycan Premyer Liqasının 8-ci turunda keçirilmiş “İmişli” - “Qəbələ” oyununda (2:2) qalmaqallı epizod baş verib.

“İmişli”nin müdafiəçisi Ronaldo de Souza 59-cu dəqiqədə “Qəbələ”nin təhlükəli hücumunun qarşısını əllə alıb.

Buna baxmayaraq, matçın baş hakimi İnqilab Məmmədov “İmişli”nin braziliyalı legionerinə qırmızı vərəqə göstərməyib.

Halbuki həmin epizodda “Qəbələ”nin hücumçusu rəqib qapıçı ilə təkbətək qala bilərdi

Maraqlıdır ki, VAR hakimi Tural Qurbanov da İnqilab Məmmədovu epizoda baxmaq üçün monitora dəvət etməyib.

E.Abbasov ATV kanalında yayımlanan “Futbolumuz“ verlişində bu hadisəyə kəskin qiymət verib.

O, hakimlər briqadasının epizoda yanaşmasının şübhəli olduğunu bildirib. Qeyd edib ki, İ.Məmmədov sərgilədiyi mövqe ilə açıq-aşkar “Qəbələ“nin haqqına girib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti