“Beşiktaş”ın sabiq oyunçusu Cənubi Azərbaycan təmsilçisində?

02:00 Bizimkilər 111
“Beşiktaş”ın sabiq oyunçusu Cənubi Azərbaycan təmsilçisində?

İranı Asiya Çempionlar Liqasında təmsil edən “Traktor” heyətini türkiyəli oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Təbriz təmsilçisi Dorukhan Toközdən gedir.

Hazırda “Kayserispor”un formasını geyinən 29 yaşlı yarımmüdafiəçi qışda İrana yollana bilər.

Türkiyə millisinin sabiq üzvünün hazırkı komandası ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, “Eskişehirspor”, “Beşiktaş”, “Trabzonpor”, “Adana Demirspor” və “Eyüpspor”un formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM