Abubakarla bağlı “Neftçi” azarkeşlərini sevindirən XƏBƏR VAR!

20:00 Neftçi 495
Abubakarla bağlı “Neftçi” azarkeşlərini sevindirən XƏBƏR VAR!

“Neftçi” yeni transferi Vensan Abubakarı ictimaiyyətə təqdim etdi.

Tibbi müayinədən uğurla keçən 33 yaşlı hücumçu ilə 1+1 il şərti ilə müqavilə bağlayıb.

Hazırkı məqamda “Neftçi”sevərləri maraqlandıran əsas suallardan biri Abubakarın fiziki durumu və ağ-qara formada nə vaxt debüt edəcəyidir.

Fanatların həvəslə gözlədiyi hadisə bu həftə gerçəkləşə bilər.

Ulduz futbolçu son 6 ayda klubsuz qalsa da, fərdi məşqçinin nəzarəti altında hazırlıq keçib. Üstəlik, iyundan bu yana Kamerun millisinin heyətində 6 matçda şans qazanıb.

Hazırlıq durumu ideal olmasa da, normaldır. Samir Abasov həftəsonu “Qəbələ” ilə görüşdə “45 nömrə”yə bir neçə dəqiqə şans vermək istəyir.

Bu, 5 dəqiqə də ola bilər, 15 dəqiqə də. Önəmli olan Abubakarın özünün də yeni komandasında debüt arzusu ilə alışıb-yanmasıdır.

Oktyabrın 26-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” qarşılaşması saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti