"Qarabağ"lı gənclər üçüncü məğlubiyyəti “Atletik”dən aldı – İspaniyadan FOTOLAR

16:00 Qarabağ 262
"Qarabağ"lı gənclər üçüncü məğlubiyyəti “Atletik”dən aldı – İspaniyadan FOTOLAR

"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında keçirdiyi ardıcıl üçüncü oyunda uduzub.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv III turda İspaniyada "Atletik"in qonağı olub.

Oyunu İsraildən olan hakimlər briqadası idarə edib. Referi Qal Levi olub.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-19 əvvəlki iki matçda da məğlub olub. Ağdam təmsilçisi Portuqaliyada "Benfika"ya 1:7, Bakıda Danimarkanın "Kopenhagen" komandasına 0:5 hesabı ilə uduzub.

"Atletik" - "Qarabağ" - 3:0

Qollar: Haustmendia, 5, Lozano, 70, İmqa, 89

Digər Xəbərlər
Xəbər Lenti