Bakıdakı hadisəyə görə şikayət edəcəklər: “Vəziyyətimiz pisləşdi”

17 Oktyabr 13:40 Problem 1 921
Bakıdakı hadisəyə görə şikayət edəcəklər:  “Vəziyyətimiz pisləşdi”

Şotlandiya Futbol Assosiasiyası U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirilən oyunla bağlı rəsmi şikayət ünvanlayacaq.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, britaniyalılar 3:3 hesabı ilə başa çatan görüşün qazaxıstanlı hakimlərindən narazı qalıblar.

Assosiasiya bununla bağlı FIFA-ya müraciət edəcək. Onlar komandaları üçün vacib məqamda Sayat Karabayevin başçılıq etdiyi hakimlər briqadasının 2 xalı əllərindən aldığını düşünür.

“İki futbolçumuza qırmızı vərəqə verildi, qapımıza penalti təyin olundu. Bu idarəçilik sayəsində qrupdakı vəziyyətimiz pisləşdi”, – deyə bəyanatda yazılıb.

Mərdəkandakı “Liv Bona Dea Arena”da keçirilən Azərbaycan – Şotlandiya qarşılaşması 3:3 hesablı heç-heçə bitib.

Digər Xəbərlər
Xəbər Lenti