“Heç vaxt düşünməzdim ki, onun kimi bir adamın komandası belə görünə bilər”

22 Oktyabr 22:00 Çempionlar Liqası 205
“Heç vaxt düşünməzdim ki, onun kimi bir adamın komandası belə görünə bilər”

“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello “Qarabağ”ın Çempionlar Liqasında rəqiblərindən olan “Napoli”nin PSV-yə 2:6 hesablı məğlubiyyəti ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, Neapol klubunun ruhsuz oynadığını söyləyib:

“Napoli” bu oyunda ruhsuz oynadı. Heç vaxt düşünməzdim ki, Antonio Konte kimi qətiyyətli və nüfuzlu bir adamın çalışdırdığı komanda belə görünə bilər”.

“Napoli” Çempionlar Liqasında üç oyundan sonra turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb. Komanda şənbə günü A Seriyasında “İnter”i qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM