"Ağır məğlubiyyətlərdən sonra biz daha güclü qayıtmışıq"

22 Oktyabr 2025 19:00 Zirə 1 185
"Ağır məğlubiyyətlərdən sonra biz daha güclü qayıtmışıq"

"Zirə" mövsümdə ilk məğlubiyyətini Masazırda aldı.

Rəşad Sadıqovun yetirmələri "Sabah"a böyük hesabla uduzdu - 0:3.

Qarşıdan isə "Sumqayıt"la matç gəlir. Qeyri-sabit çıxış sərgiləyən "Kimyaçılar"la matça bu cür ağır oyundan sonra psixoloji baxımdan hazırlaşmaq çətinlik yarada bilər.

Amma "qartallar"ın təcrübəli müdafiəçisi Stefan Aka Sportinfo.az-a açıqlamasında bu fikri yaxın buraxmayıb:

"Çətin olacağını düşünmürəm. Düzdü ağır məğlubiyyət oldu.

Amma bizim komandanın mentalitetinə bələdəm.

Bu cür ağır məğlubiyyətlərdən sonra biz daha güclü qayıtmışıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM