Portuqaliyalı millimizin yeni baş məşqçisindən danışdı: “Çox yaxşı işlər görəcək”

22 Oktyabr 22:20 Milli komanda 374
Portuqaliyalı millimizin yeni baş məşqçisindən danışdı: “Çox yaxşı işlər görəcək”

“Azərbaycan millisinin son görüşlərini izlədim, oyun intizamının olması diqqətimi çəkdi”.

“Şamaxı”nın qapıçısı Rikardo Fernandes Sportinfo.az-a yığmamızın Fransa və Ukrayna ilə matçları barədə fikirlərini dilə gətirib.

Portuqaliyalı kiperin Azərbaycan seçməsini diqqətdə saxlaması boşuna deyil. Axı, millinin çalışdırıcısı eyni zamanda “Şamaxı”nın da baş məşqçisi olan Ayxan Abbasovdur.

Rikardo ölkənin bir nömrəli futbol komandasından uğurlu nəticələr gözlədiyini deyib:

“Ayxan Abbasov yaxından tanıdığım, çox yaxşı məşqçidir. Burada olmağımın onun böyük rolu var.

Əminəm ki, millidə çox yaxşı işlər görəcək. Sadəcə, bir az vaxta ehtiyacı var.

Müəyyən zamandan sonra Azərbaycan yığmasında yaxşı mənada dəyişikliklər görəcəyimizə inanıram. Ayxan Abbasova və Azərbaycan millisinə uğurlar arzu edirəm.

Bacardığım qədər oyunları izləməyə çalışacağam. Çünki özümə də maraqlıdır”.

Rikardo Fernandes 2024-cü ilin yayından “Şamaxı”nın uğurları üçün tər tökür.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM