
Bu gün Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turuna yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, 2-ci oyun günündə 9 matç keçiriləcək.
Azərbaycan təmsilçisi "Qarabağ" Bilbaoda "Atletik"lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Türkiyə "Qalatasaray"ı Norveç "Budo Qlimt"ni qəbul edəcək.
"Real" "Yuventus"la, "Çelsi" "Ayaks"la, "Bavariya" isə "Brügge" ilə qarşılaşacaq.
20:45. "Atletik" (İspaniya) – "Qarabağ" (Azərbaycan)
20:45. "Qalatasaray" (Türkiyə) – "Bodo/Qlimt" (Norveç)
20:45. "Monako" (Fransa) – "Tottenhem" (İngiltərə)
20:45. "Atalanta" (İtaliya) – "Slaviya Praqa" (Çexiya)
20:45. "Çelsi" (İngiltərə) – "Ayaks" (Niderland)
20:45. "Ayntraxt" (Almaniya) – "Liverpul" (İngiltərə)
20:45. "Bavariya" (Almaniya) – "Brügge" (Belçika)
20:45. "Real" (İspaniya) – "Yuventus" (İtaliya)
20:45. "Sportinq" (Portuqaliya) – "Marsel" (Fransa)