"Bir gün Lənkəranda yenə klub olacaq, çempionatda çıxış edəcək" - VİDEO

17:40 Problem 217
"Bir gün Lənkəranda yenə klub olacaq,  çempionatda çıxış edəcək" - VİDEO

"O "Xəzər Lənkəran"dan, o azarkeşlərdən indi yoxdur".

Bu sözləri "Sportinfo TV"nin efirində yayımlanan "Futbol manşet" verlişinə qonaq olan Zaur Ramazanov deyib.

Bir zamanlar "Xəzər Lənkəran"ın formasını geyinmiş və burada əfsanələşmiş keçmiş hücumçu yaxınlarda "Fırtınalar meydanı"na baş çəkdiyini bildirib.

Lənkəran stadionunda unudulmaz anlar yaşadığını söyləyən sabiq forvard qeyd edib ki, bu bölgədə böyük fubol olmalıdır.

O, bir gün Lənkəranda klub yaradılacağına inandığını söyləyib.

Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in dəstəyi ilə təqdim olunur.

“YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti