Osimhen dubl etdi, “Qalatasaray” İstanbulda asan qələbəyə sevindi - ÇL-də BU GECƏ

Osimhen dubl etdi, “Qalatasaray” İstanbulda asan qələbəyə sevindi - ÇL-də BU GECƏ

“Qalatasaray” Çempionlar Liqasının üçüncü turunda növbəti oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi doğma meydanda Norveçdən “Budyo Qlimt”i 3:1 hesabı ilə məğlub edib.

Ev sahiblərinin heyətində Viktor Osimhen dubl edib, digər qolu isə Yunus Akgün vurub. Qonaqlardan isə Andreas Helmersen fərqlənib.

Bu nəticə ilə “Qalatasaray” turnir cədvəlində 6 xalla 11-ci pilləyə, “Budyo Qlimt” isə 3 xalla 26-cı yerə yüksəlib.

Türkiyə təmsilçisi əvvəlki turda da öz meydanında İngiltərənin “Liverpul” klubunu minimal hesabla məğlub etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM