Abubakar “Neftçi”də neçə qol vurmaq istəyir? - MARAQLI XƏBƏR

13:40 Neftçi 416
Abubakar “Neftçi”də neçə qol vurmaq istəyir? - MARAQLI XƏBƏR

Dünən “Neftçi” ilə 1+1 illik müqavilə imzalayan Vensan Abubakar özünü burada yaxşı tərəfdən göstərəcəyinə əmindir.

Yeni komandasının Premyer Liqanın səkkizinci turu çərçivəsində “Araz-Naxçıvan“la keçirdiyi matçı (2:2) stadiondan canlı izləyən nigeriyalı hücumçu çox ümidli danışıb.

Qarşılaşmadan sonra klub funksionerləri ilə söhbətləşən afrikalı ulduz çempionatın səviyyəsini bəyəndiyini söyləyib. Eyni zamanda qeyd edib ki, mövsümün qarşıdakı hissəsində 12-15-dən artıq qol vuracağına inanır.

Kamerun millisinin üzvü “Neftçi”də 45 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Hatayspor” olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib.

"Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.

Kamerun komandasının kapitanı olan hücumçu yığmanın heyətində 115 oyun keçirib, 45 qola imza atıb.

Abubakar 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.

O, "Neftçi"yə azad agent kimi transfer olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti