“O, heç bir futbol klubunu almır və ya ora sərmayə qoymur”

23 Oktyabr 10:00 Türkiyə 709
“O, heç bir futbol klubunu almır və ya ora sərmayə qoymur”

“Çelsi”nin sabiq sahibi Roman Abramoviçin “Qalatasaray”ın səhmdarı olacağı xəbərləri həqiqəti əks etdirmir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mash na Sporte” teleqram kanalı məlumat yayıb.

Rusiyalı iş adamının ətrafındakılar bildiriblər ki, Abramoviç futbol klublarına maliyyə yatırmaq niyyətində deyil. Onun nümayəndəsi açıqlamasında belə deyib:

“Bu məlumat doğru deyil. Cənab Abramoviç heç bir futbol klubunu almır və ya ora sərmayə qoymur!”

Abramoviç uzun müddət “Çelsi”nin sahibi olub və bir neçə il əvvəl İngiltərə klubunu amerikalı investorlar qrupuna satıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!
6 Dekabr 02:00 "İmişli" 3000 ziyanda