
“Barselona”nın müdafiəçisi Alexandro Balde “Mançester Siti”nin maraq dairəsindədir.
Sportinfo.az xəbər verir ki, bu barədə “E-Noticies” məlumat yayıb.
Baldenin xidmətində şəxsən “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola maraqlıdır. O, artıq Kataloniya klubunun idman direktoru Deku ilə mümkün transfer məsələsini müzakirə edib.
“Mançester Siti” 2023-cü ildə də “Barselona”nın maliyyə çətinliklərindən istifadə edərək, ispaniyalı oyunçunu heyətinə qatmağa çalışmışdı, ancaq kataloniyalılar təklifi rədd etmişdilər.
Hazırda belə keçidin baş tutma ehtimalı az hesab olunur, çünki “Barselona”nın maliyyə vəziyyəti sabitləşib və Balde komandanın aparıcı oyunçularından birinə çevrilib.
Buna baxmayaraq, Qvardiola onu öz oyun üslubuna tam uyğun futbolçu kimi görür və fikrindən dönmək niyyətində deyil.
21 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.