Azərbaycanlı mütəxəssis Çempionlar Liqasının oyununda

23 Oktyabr 2025 04:20 Voleybol 632
Azərbaycanlı mütəxəssis Çempionlar Liqasının oyununda

Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssis Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib.

Sportinfo.az xəbər verir ki, o, qadınlar arasında Çempionlar Liqasının ilkin mərhələsinin "Olimpiakos" (Yunanıstan) - "Asteris Avo Beveren" (Belçika) oyununda iştirak edəcək.

N.İsmayılova Yunanıstanın Afina şəhərində baş tutacaq görüşdə supervayzer kimi hakimlərin fəaliyyətini qiymətləndirəcək.

Qarşılaşmanın hakimləri serbiyalı Deyan Roqiç və bolqarıstanlı Aleksandar Vinaliev olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…