“Neftçi” 50 manat verəcək

03:10 Əvəzedicilər 131
“Neftçi” 50 manat verəcək

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 7-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qarabağ-2” – “Neftçi-2” oyununun 37-ci dəqiqəsində “Qarabağ-2” komandasının 76 nömrəli futbolçusu Nicat Xasıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Qarabağ-2” komandası 300 manat cərimə edilib.

“Qarabağ-2” – “Neftçi-2” oyununun 67-ci dəqiqəsində “Neftçi-2” komandasının 87 nömrəli futbolçusu Vüsal Kərimov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Neftçi-2” komandası 50 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilib.

“Sumqayıt-2” – “Kəpəz-2” oyununun 53-cü dəqiqəsində “Sumqayıt-2” komandasının 56 nömrəli qapıçısı Aftandil Arixov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sumqayıt-2” komandası 100 manat cərimə edilib.

“Sumqayıt-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM