Azərbaycan çempionu futbolçularına bir “vaqon” pul verəcək - Bu gecə üçün!

13:00 Qarabağ 930
Azərbaycan çempionu futbolçularına bir “vaqon” pul verəcək - Bu gecə üçün!

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına bu gün çıxacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniyada "Atletik"lə üz-üzə gələcək.

Qarşılaşma "San Mames" stadionunda, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Azərbaycan çempionu səfərdə burada qələbə qazanarsa, futbolçularına böyük miqdarda mükafat verəcək. Məbləğ 110-120 min manatdan başlayır.

Bu, əsas heyətdə meydana çıxacaq oyunçulara çatacaq vəsaitdir. 1 xal əldə olunarsa, göstərilən rəqəmin yarısı qədər pul əldə edəcəklər.

"Qarabağ" hazırda 6 xalla 10-cu pillədə qərarlaşıb. İlk iki görüşdə uduzan Bilbao klubu isə 35-cı sıradadır.

Azərbaycan çempionu Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə üstələyib. "Köhlən atlar" II turda Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəlib - 2:0.

Ağdam təmsilçisi Portuqaliya səfərində qeydə alınan nəticəyə görə futbolçuların hər birinə 100 min manatın üstündə mkafat ödəyib. "Kopenhagen" üzərində qələbə isə onları 80 min manat civarında irəli salıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti