Mahir Emreliyə görə ona xəbərdarlıq edildi!

20:40 Problem 335
Mahir Emreliyə görə ona xəbərdarlıq edildi!

Mahir Emrelinin “Kayzerslautern”dəki qara günləri başa çatmaq üzrədir.

Redaksiyamıza millimizin üzvü ilə bağlı maraqlı məlumat daxil olub.

Mənbənin bildirdiyinə görə, 28 yaşlı hücumçunun Azərbaycan seçməsinin Fransa yığması ilə oyunda əsas heyətdə yer alması, Ukrayna ilə duelə sonradan qoşulıması Almaniya klubunun rəhbərliyinin diqqətini çəkib.

Başbilənlər baş məşqçi Torsten Liberknextlə söhbətdə kollektivin yüksək ödənişli futbolçularından olan Mahirin millidə oynadığı halda, “Kayzerslautern”də şans qazanmamasının səbəbini soruşub.

52 yaşlı çalışdırıcı həmyerlimizin hazırlıq səviyyəsinin qənaətbəxş olmadığını deyəndə, rəhbər şəxslər fiziki cəhətdən hazır olmayan futbolçunun Fransaya qarşı əsas heyətdə necə yer almasının mümkünlüyünü soruşub.

Torstenin diqqətinə Emrelinin “Legiya”, “Konyaspor”, “Dinamo Zaqreb”, “Nürnberq”də göstərdiyi performans çatdırılıb. Bildirilib ki, hər ay klubdan maaş alan futbolçunun bu cür münasibətə layiq görülməsi qəbulolunmazdır.

Baş məşqçiyə Mahirlə münasibətləri qaydasına salmaq, “Kayzerslautern”in uğurları naminə futbolçunun bacarığından maksimum istifadə etmək tapşırığı qoyulub.

Liberknext millimizin üzvünə qarşı olan münasibətini dəyişməsə, Mahir iş yerini dəyişmək məcburiyyətində qalacaq. O, bununla bağlı arzusunu rəhbərliyə çatdırıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti