Görən, Qurbanov və o, niyə belə etsin?

15:00 Problem 1 494
Görən, Qurbanov və o, niyə belə etsin?

Proqnozumuz yavaş-yavaş doğrulur.

Rəqiblər tədricən «İmişli»nin «müdafiə bloku»nu dağıtmağın yolunu tapır.

Debütant artıq cüt-cüt qol buraxmağa başlayıb. Keçən dəfə «Araz-Naxçıvan» bunu etmişdisə, başa çatan həftədə «Qəbələ» eyni işi gördü.

Demişdik axı, «İmişli» güclü deyil, sadəcə, kompakt müdafiə taktikası seçdiklərindən, bir az xal toplaya biliblər. Bu mövsüm Premyer Liqada onlardan çox arxaya qapanan ikinci komanda görməzsiz.

Əlbəttə, biz buna görə Jorj Kaskilyanı günahlandırmırıq. Portuqaliyalı Azərbaycandan tez qovulmaq istəmir, niyyəti burada bacardıqca duruş gətirib qalmaq, pul qazanmaqdır.

Digər iştirakçılar «İmişli»ni indi-indi ciddiyə almağa başlayıb. Artıq görünür ki, bu, «İmişli»yə necə problemlər yaradır.

Topla və ya topsuz, amma bir qədər böyük qüvvə ilə irəli çıxandan sonra Kaskilyanın quraşdırdığı sistem dağım-dağım dağılır.

Onları «Qəbələ»nin əlindən İnqilab Məmmədovla Tural Qurbanov aldı.

Meydandakı baş hakimlə VAR otağındakı şəxs birləşib, «İmişli»nin köməyinə yetişdi. Ronaldo de Souza qırmızı vərəqəlik səhvə yol vermişdi, ikisi də birdən gözünü yumdu.

Ronaldonun topa qəsdən əllə toxunub onun istiqamətini dəyişməsinə kor oldular. Buna görə adicə cərimə zərbəsi də təyin etmədilər.

Yəqin ki, AFFA rəhbərliyi zəhmət çəkib, bu işi bir araşdırar. Məmmədovla Qurbanovun «Qəbələ»dən niyə «küsməsini» bilmək bizə də maraqlı olar.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar