“Heç nə, elə-belə” - İşini itirən baş məşqçidən sabiq komandasının qələbəsinə REAKSİYA

22 Oktyabr 2025 21:20 Kəpəz 3 995
“Heç nə, elə-belə” - İşini itirən baş məşqçidən sabiq komandasının qələbəsinə REAKSİYA

“Kəpəz” cari mövsümdə ilk qələbəsini 8-ci turda qazandı.

Həm də səfər matçında, “bərk qoz” kimi tanınan “Şamaxı”nı 4:1 hesabı ilə məğlub etməklə.

Adil Şükürovun formalaşdırdığı, lakin 5 oyunun hamısında məğlubiyyət acısı yaşayan, 1 oyunda Xaliq Mərdanovun başçılığı altında uduzan komanda, yeni baş məşqçi Azər Bağırovun ikinci matçında darmadağına sevindi.

Maraqlıdır, Adil Şükürov “Şamaxı” ilə qarşılaşmanı izləyib? Qələbəyə reaksiyası necə olub? O, nəyi etməmişdi ki, Bağırov bunu bacararaq ilk qələbəyə sevindi?

Şükürovun suallarla bağlı Sportinfo.az-a verdiyi açıqlamanı təqdim edirik:

“Xeyr, oyuna baxmamışam. Daha doğrusu, baxmağa vaxtım yoxdur. Şəxsi işlərimlə bağlı qaçhaqaçdayam. Nəinki “Kəpəz”in, digər komandaların oyunlarını da izləyə bilmirəm.

Nəticə barədə sonradan məlumat aldım”.

Adil bəy “hesabı eşidəndə təəccübləndinizmi?” sualına bu cür cavab verib:

“Nə təəccübləndim, nə də başqa nəsə. Heç nə, elə-belə. Komanda oynadı və uddu. Başqa heç nə.

Əvvəl də deyirdim, komanda məşqlərdə çox yaxşıdır, nələrsə edir, ancaq oyunlarda alınmır”.

Şükürovun dediklərindən belə çıxır ki, özü formalaşdırdığı komandanın qələbə qazanmaq potensialı var. Sadəcə, hansısa səbəblərdən nəticə yox imiş

Növbəti sual yaranır. İndiki “Kəpəz”in Adı Adil Şükürovun, dadı Azər Bağırovundur?

Eşidək:

“Mən belə söz demədim. Bu barədə heç nə deyə bilmərəm. Məni təxribata çəkmə”.

Maraq üçün bildirək ki, “Kəpəz” ötən mövsümə də Adil Şükürovla başlamış, 4 turdan sonra tutduğu postdan istefa vermişdi.

Bu dəfəki fəaliyyəti 5 oyunu əhatə etdi və onu növbəti dəfə Azər Bağırov əvəzlədi.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti