“Qarabağ”a 2 qol vurdu, ÇL-də həftənin ən yaxşısı adına namizəd oldu

10:40 Çempionlar Liqası 1 653
“Qarabağ”a 2 qol vurdu, ÇL-də həftənin ən yaxşısı adına namizəd oldu

Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turunun matçlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Siyahıda "Atletik"dən Qorka Quruzeta , PSV-dən Dennis Man, Dortmund "Borussiya"sından Feliks Nmeça və "Barselona"dan Fermin Lopez yer alıb.

Quruzeta “Qarabağ”la oyunda (3:1), Man “Napoli” ilə matçda (6:2) dubl edib. Nmeça “Kopenhagen”ə iki qol vurub (4:2). Lopez isə “Olimpiakos”la matçda (6:1) het-trik edib.

Həftənin futbolçusu UEFA-nın saytındakı azarkeş səsverməsi nəticəsində müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti