İspaniya və Azərbaycan klublarının doqquzuncu…

20:40 Qarabağ 113
İspaniya və Azərbaycan klublarının doqquzuncu…

Çempionlar Liqasının əsas mərhələsində bu gün keçiriləcək "Atletik" - "Qarabağ" oyunu İspaniya və Azərbaycan komandalarının UEFA turnirlərində 9-cu matçı olacaq.

Sportinfo.az xəbər verir ki, ölkə təmsilçiləri daha əvvəl 8 dəfə bir-birinə rəqib olublar.

İlk belə qarşılaşma 2015-ci ildə gerçəkləşib. "İnter" (hazırkı "Şamaxı") komandası həmin vaxt "Atletik"lə üz-üzə gəlib.

Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündə Bilbao klubu 2 cavabsız qolla qalib gəlib. Bakıdakı duel isə qolsuz yekunlaşıb.

Daha sonra "Qarabağ" 2017/2018 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" (Madrid) ilə iki dəfə qarşılaşıb. Azərbaycan çempionu hər iki matçda heç-heçəyə nail olub - 0:0, 1:1.

Ardınca "Qarabağ" avrokuboklarda yenə İspaniya klubları ilə üz-üzə gəlib. "Köhlən atlar" 2019/2020 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinin hər iki oyununda "Sevilya"ya uduzub - 0:3, 0:2.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 2020/2021 mövsümündə isə "Vilyarreal"a yenilib. Türkiyədə baş tutmuş ilk matçda rəqib 3:1 hesablı qalibiyyət əldə edib.

Ağdamlılar bir neçə futbolçusu koronavirusa yoluxduğu üçün qrup mərhələsinin son qarşılaşmasına getməyib və texniki məğlubiyyət alıb - 0:3.

Bu gün "San Mames" stadionunda keçiriləcək "Atletik" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti