Abşeron komandası Avropa Kubokunda ikinci oyunu da uduzdu

23 Oktyabr 2025 04:40 Basketbol 568
Abşeron komandası Avropa Kubokunda ikinci oyunu da uduzdu

"Abşeron Lions" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv Bakıda Polşa təmsilçisi "Trefl"lə üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilən matç rəqibin 99:96 hesablı qələbəsi ilə bitib.

Qrupun digər görüşündə "Neftçi" ötən gün Bakıda Estoniyanın "Kalev" komandasını 95:84 hesabı ilə üstələyib. "Abşeron Lions" ilk qarşılaşmada "Kalev"ə uduzub - 85:93.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA