Bilbaoda uduzan "Qarabağ" Çempionlar Liqasında neçənci yerə düşdü? - FOTO

Bilbaoda uduzan "Qarabağ" Çempionlar Liqasında neçənci yerə düşdü? - FOTO

Bu gecə Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turuna yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə Bilbao "Atletik"i ilə qarşılaşıb.

Ağdam təmsilçisi 1:3 hesabı ilə uduzaraq cari mərhələdə ilk məğlubiyyətini alıb.

1-ci turda "Benfika"ya, 2-ci turda isə "Kopenhagen"ə qalib gələn Qurban Qurbanovun komandası hazırda sıralamada 6 xalla 13-cüdür.

ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM