Ölkəmizə gələn legionerdə ağır xəstəlik aşkarlandı, geri qaytarıldı - FOTO

17:00 Problem 381
Ölkəmizə gələn legionerdə ağır xəstəlik aşkarlandı, geri qaytarıldı - FOTO

Aleksandr Abelin yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Şəfa”ya transferi baş tutmayıb.

Buna müdafiəçinin tibbi müayinədən keçə bilməməsi səbəb olub.

“Şəfa” ilə 1 illik müqavilə şərtlərində anlaşan və Bakıya dəvət olunan anqolalıda xəstəlik aşkarlanıb.

Məlum olub ki, o, “Hepotit B“ daşıyıcısıdır. Bu səbəbdən afrikalı geri göndərilib.

Anqolada müqavilə ilə “Saqrada”ya məxsus olan Abel ötən mövsümü icarə əsasında Portuqaliyada - “Portimonense”də keçirib. Burada 34 matça çıxıb və 2 qol vurub.

28 yaşlı arxa xətt oyunçusunun səhhətində problem mövcud olmasaydı, onunla 1 illik müqavilə imzalanacaqdı. O, bu müddətdə 5000 dollar maaş alacaqdı.

SPORTİNFO.AZ

5000 dollar maaş, 1 illik müqavilə, dördüncü TRANSFER

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti