“Premyer Liqada bu problemi yaşayan yeganə klub “Araz-Naxçıvan”dır”

20 İyul 08:20 Problem 1 005
“Premyer Liqada bu problemi yaşayan yeganə klub “Araz-Naxçıvan”dır”

“Şəfa” növbəti mövsümdə ev oyunlarını Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçirəcək.

Sportinfo.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov deyib.

O, 2026/2027 mövsümünün püşkatmasından sonra klublarln ev oyunlarını keçirəcəyi stadionlarla bağlı məlumat verib:

“Ümumilikdə, ötən illə müqayisədə hazırda komandaların stadionlarla bağlı vəziyyəti qənaətbəxşdir.

“İmişli” apardığı danışıqlar nəticəsində ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək. Yeganə stadion problemi yaşayan klub isə “Araz-Naxçıvan”dır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!