AFFA: “İnqilab səhvə yol verib, o qol ləğv edilməli idi” - VİDEO

20 Aprel 19:40 Problem 575
AFFA: “İnqilab səhvə yol verib, o qol ləğv edilməli idi” - VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 28-ci turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, "Araz-Naxçıvan" - "Turan Tovuz", "Zirə" - "Neftçi" və "Qarabağ" - "Sabah" matçları olmaqla ümumilikdə 3 qarşılaşmada qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb.

R.Həsənov baş hakim İnqilab Məmmədovun "Zirə" - "Neftçi" oyununda məhz qonaqların sərt reaksiya verdiyi həmin qol epizodunda yanlış qərar verdiyini bildirib.

90+4-cü dəqiqədə meydan sahiblərinin vurduğu qol baş hakim İnqilab Məmmədov tərəfindən qeydə alınıb. Lakin qolun vurulması anında qayda pozuntusu olduğunu iddia edən “Neftçi”nin futbolçuları və rəhbərliyi epizoda kəskin etiraz bildiriblər.

Bundan başqa, R.Həsənov "Qarabağ" - "Sabah" matçında baş hakim Elçin Məsiyevin 90-cı dəqiqədə yanlış qərar verdiyini bildirib.

Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!