Davamlı balıq yemək istəyi hansı xəstəliyin simptomudur?

08:10 Problem 104
Davamlı balıq yemək istəyi hansı xəstəliyin simptomudur?

“Tez-tez balıq yemək istəyi yod və yağ turşusu çatışmazlığından xəbər verir”.

Bu barədə diyetoloq Roman Pristanski “Radio 1”ə açıqlamasında deyib.

O qeyd edib ki, bu yeməyə həvəs çox vaxt soyuq mövsümdə yaranır.

“Orqanizminiz sizi balıq yeməyə təhrik edirsə, bu, yod və yağ turşusu çatışmazlığının ilkin əlamətidir”, - Pristanski vurğulayıb.

Bundan başqa o əlavə edib ki, payızda yatmazdan əvvəl çox şirin giləmeyvə və meyvə yeməkdən imtina etmək yaxşıdır.

Xüsusilə axşam saatlarında üzüm, banan və çiyələkdən uzaq durmaq lazımdır. Mütəxəssis həmçinin yatmazdan dörd saat əvvəl karbohidratlardan imtina etməyi tövsiyə edib. (turpkimi.com)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 17:30 Çək və bizə göndər!
17 Aprel 08:20 "Səhvə yol verdiyim"