Biabırçı vəziyyət: “Bizim büdcəmiz minlərlə dəfə aşağıdır, amma...” - VİDEO

16:20 Problem 201
Biabırçı vəziyyət: “Bizim büdcəmiz minlərlə dəfə aşağıdır, amma...” - VİDEO

“İmişli”nin ev oyunlarını keçirdiyi Quba Olimpiya İdman Kompleksinin stadionundakı problemlər bitmir.

Sportinfo.az xəbər verir ki, arenanın ot örtüyü ilə yanaşı qapı torları da bərbad vəziyyətdədir.

Bu barədə II Liqada mübarizə aparan “Quba” nın sabiq prezidenti Ayaz Abdullayev paylaşım edib.

O bildirib ki, mövsümün əvvəlində bununla bağlı “İmişli”yə müraciət etsə də, onlar məsələni gözardı ediblər. Stadionun torlarını yeniləmək əvəzinə iplə bir-birinə bağlayıblar:

“Kimin xətrinə dəyir dəysin, kim inciyir incisin. Amma ev oyunlarını oynadığın stadion sənə doğma olmalıdır.

Ev sahibi olmalısan..İnsan evinə bu qədər laqeyd olmamalıdır. Bizim büdcəmiz minlərlə dəfə aşağıdır.

Amma divarın rəngi pis duruma düşəndə belə biz həll etməyə çalışırıq. Bir az diqqət, bir az da yanaşma dəyişsin”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti