AFFA prezidenti: “ Bəzi qərarlarda xətalar olub” - VİDEO

01:50 Problem 81
AFFA prezidenti: “ Bəzi qərarlarda xətalar olub” - VİDEO

“Hər narazılıq olanda hakim mövqeyini dəyişsə, necə olar?

Hakim qərar verərkən, kiminsə razı olub-olmadığını nəzərə almır. Lazım olan qərarları verir”.

Sportinfo.az xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəf deyib.

“Məni sevindirir ki, hakimlər təzyiqə baxmayaraq, qərarlarını dəyişmirlər. Hakim qərar verir, məşqçi “dəyiş” deyirsə, nəticəni təsəvvür edirsiniz?

Hakim xətaları olubmu? Olub. Bunun üçün işlər görürük.

Xətasız oyunlar olacaq? Hazırkı mərhələdə çətindir ki, olsun. Gələcəkdə bunu minumuma endirmək istəyirik.

Hakimlərin inkişafında əsas prioritetlərimizdən biridir. Bəzi qərarlarda xətalar olub. Amma bunun üçün islahatlar aparırıq.

Əsas məqsəd hakim qərarlarının doğruluq səviyyəsinin artırılmasıdır”, - o qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Aprel 17:50 Çək və bizə göndər!
10 Aprel 02:10 “Quba” 5:1 qazandı