AFFA prezidenti Rövşən Nəcəf fnderasiyanın kadr siyasəti, həmçinin Nazim Süleymanov, Tərlan Əhmədov, Emin Quliyev və Mahmud Qurbanov kimi tanınmış mütəxəssislərin işlə təmin olunması imkanlarına dair sualı cavablandırıb.
Sportinfo.az xəbər verir ki, federasiya başçısı deyib:
“Gəlin reallığı qəbul edək ki, biz peşəkar karyerasını başa vuran hər bir futbolçunu işlə təmin edə bilmərik. Bütün istəyimizə baxmayaraq, bu, mümkün deyil.
Üstəlik, bu məsələ yalnız AFFA-nın deyil, həm də futbol klublarının və ümumilikdə idman ictimaiyyətinin səlahiyyətinə daxildir.
Səyləri yalnız bir neçə ad ətrafında cəmləşdirmək düzgün olmazdı.
Bu halda digər futbolçularla bağlı sual yaranacaq. Bu isə karyerasını başa vurmuş digər oyunçulara qarşı ədalətsizlik olardı”.

