AFFA ilə Peşəkar Futbol Liqası (PFL) arasında imzalanmış müqavilənin şərtlərində dəyişiklik edilməsi, funksiyaların artırılması və ya azaldılması mümkündür.
Sportinfo.az xəbər verir ki, bunu milli assosiasiyanın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.
Milli assosiasiyanın rəhbəri PFL-in ləğv ediləcəyi və ya fəaliyyət dairəsinin daraldılacağı ilə bağlı şayiələrə toxunub və qurumlararası münasibətlərin müqavilə əsasında tənzimləndiyini bildirib:
"PFL hazırda AFFA ilə imzalanmış müqavilə çərçivəsində öz fəaliyyətini davam etdirir. Gələcəkdə bu müqavilənin şərtlərində dəyişiklik edilməsi,
funksiyaların artırılması və ya azaldılması mümkündür. Bu, müzakirə oluna biləcək məsələdir.
Lakin mahiyyət etibarilə PFL federasiyanın ona ötürdüyü səlahiyyətləri icra edir. Bu prosesin hansı formatda davam edəcəyi gələcək ehtiyaclara və səmərəliliyə görə müəyyənləşəcək".

