"Bu məsələyə yalnız futbol deyil, dövlət orqanları da müdaxilə etməlidir"

00:00 Problem 88
"Bu məsələyə yalnız futbol deyil, dövlət orqanları da müdaxilə etməlidir"

“Mançester Yunayted”in sabiq müdafiəçisi Patris Evra, Vinisius Juniorla Canluka Prestianni arasında baş verən qalmaqala münasibət bildirib.

Çempionlar Liqasının pley-off mərhələsində “Real”la “Benfika” arasında keçirilən matçda (1:0) Vinisius rəqib futbolçunun onu irqçi ifadə ilə təhqir etdiyini hakimə çatdırmışdı.

Daha sonra UEFA argentinalı oyunçunu cavab matçı üçün diskvalifikasiya etmişdi.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Evra, bu cür halların ciddi şəkildə cəzalandırılmalı olduğunu vurğulayıb:

“Bu, çox üzücüdür. Vinisius bu mövzunu dəfələrlə qaldırmalı olur.

Bu məsələyə yalnız futbol deyil, dövlət orqanları da müdaxilə etməlidir. Bu, cinayət kimi qiymətləndirilməlidir”.

Fransalı sabiq futbolçu belə hallarda ədalətsizlik hissinin yarandığını da bildirib:

“Belə vəziyyətlərdə insan özünü haqsızlığa uğramış hiss edir. Çünki səni təhqir edənlər sonradan özlərini qurban kimi göstərirlər.

Bu, mənim Luis Suareslə (“İnter Mayami”nin futbolçusu) yaşadığım hadisədə də olmuşdu, indi isə eyni hal Vinisiusla bağlı yaşanır”.

Evra əlavə edib ki, bəzi insanlar Vinisiusun davranışını tənqid edərək, təhqirlərə haqq qazandırmağa çalışır:

“İnsanlar onun rəqsindən, emosiyalarından şikayət edir. “Niyə rəqs edir, niyə təxribata çəkir” deyirlər.

Sadəcə, qol vurduqdan sonra sevindiyinə görə onu təhqir edənləri müdafiə edirlər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti