Klub rəhbərliyinin 4 aylıq səbr kasası daşdı: “Müqaviləni uzatmayacağıq”

14:00 Problem 251
Klub rəhbərliyinin 4 aylıq səbr kasası daşdı: “Müqaviləni uzatmayacağıq”

«İmihli» mövsümlərarası fasilədə əksər futbolçuları ilə vidalaşacaq.

Klub rəsmiləri bu barədə xəbərdarlıq edib.

Komanda üzvləri ilə toplantı keçirən funksionerlər gedişatdan narazılığını bildiriblər. Onlar açıq şəkildə dilə gətiriblər ki, mövsümün ikinci yarısında qeydə olunan nəticələr kafidir:

«Oynadığınız futbol bizi razı salmır. Çoxdandır qələbə qazanmırsız.

İstirahətə getməyə tələsirsiz. Onsuz da, yayda bir çoxunuzla müqavilənin müddətini uzatmayacağıq».

Şikayət üçün motiv kifayət ciddidir. Debütant 4 aydan artıqdır ki, qalibiyyət üzünə həsrətdir.

Aran təmsilçisi sonuncu dəfə ötən ilin noyabrında 3 xal əldə eləyib. Ayın 23-də «Neftçi»ni Bakıda 3:2 hesabıyla üstələyiblər.

Premyer Liqanın 26 turu «İmişli»yə 22 xal qazandırıb. Dörd qələbə, 10 heç-heçə və 11 məğlubiyyət görmüş komanda turnir cədvəlinin 9-cu pilləsində məskunlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti