Baş katib toplantı keçirəndən və tapşırıq verəndən sonra… SƏRT QƏRAR!

09:40 Problem 245
Baş katib toplantı keçirəndən və tapşırıq verəndən sonra… SƏRT QƏRAR!

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində Sumqayıtda keçirilən "Turan Tovuz" - "Zirə" (0:2) matçında verdiyi qərarlarla gündəmə gələn Əliyar Ağayev ağır cəzaya məruz qalıb.

FİFA referisi mövsümün növbəti beş turunda Premyer Liqaya təyinat almayacaq.

Bundan başqa, həmin qarşılaşmada VAR hakimi olan Cavid Cəlilov da cəzalandırılıb.

O, 70-ci dəqiqədə Qismət Alıyevin Roderik Millerin ayağını tapdaladığı epizodda potensial penaltini düzgün dəyərləndirə bilməyib və Əliyar Ağayevi monitora çağırmayıb. Oyunun nəticəsinə birbaşa təsir edən qərarlar olduğundan hər iki hakim eyni cəzaya məruz qalıb.

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov sözügen matçdakı epizodları dəyərləndirib və Əliyar Ağayevin hər iki epizodda yanlış qərarlar verdiyini təsdiqləyib.

Onların adları “Qarabağ” - “Karvan-Yevlax” və “İmişli” - “Turan Tovuz” matçlarının təyinat bölümündən çıxarılıb.

Əldə etdiyimiz məlumata görə, AFFA-nın baş katibi Cahangir Fərəcullayev Sumqayıtdakı oyunda yaşanan hadisələri öz nəzarətinə götürüb.

Bu yöndə incələmə aparan federasiya rəsmisi orada verilən qərarların yanlış olmasını dəqiqləşdirib, müvafiq komitənin sədri ilə toplantı keçirib, bu kimi halların baş verməsinə təəssüfləndiyini bildirib, olaya layiqli qiymətin verilməsini tələb edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti