AFFA Hakimlər Komitəsi Əliyar Ağayevin “Turan Tovuz”un “Zirə” ilə oyunda 2 penaltisinin verilmədiyini təsdiqləyib.
Amma nə olsun? Nə dəyişəcək? Bir klubun ən azı bu mövsüm çəkdiyi əziyyətin əvəzi veriləcəkmi?
Yatırılan külli-miqdarda sərmayə geri qaytarılacaq? Böyük bir el-obanın futbol azarkeşlərinin haqqı ödəniləcək?
Məgər oyun təzədən keçiriləcək? Yox, əlbəttə.
Amma kaş elə bir qayda olaydı ki, yenidən keçirilə idi.
Bir də belə biabırçı hakim qərarlarından sonra niyə hansısa sahibkar, iş adamı futbola yaxın durmaq istəsin? Niyə azarkeşlər stadionlara gəlib boş qalmış o tribunaları doldursun?
Əliyar Ağayevin bir vaxtlar haqqı tapdananda ona ən çox dəstək verənlərdən biri mən olmuşam. Amma indi olmadı, Əliyar.
Sənə, müstəqil Azərbaycanın ən stajlı FİFA referisinə bu kobud səhvlər yaraşmadı…
Həm də VAR-a baxdıqdan sonra.
Təəssüf!
Aydın Bağırov
(Feysbuk paylaşımı)

