Rumıniya millisinin sabiq baş məşqçisi Mirça Luçeskunun beyin ölümünün qeydə alındığı ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb.
Sportinfo.az “Gazeta Sporturilor”-a istinadən xəbər verir ki, 80 yaşlı mütəxəssis hazırda həyat mübarizəsini davam etdirir.
O, reanimasiya şöbəsində saxlanılır, vəziyyəti sabit olsa da, ağır olaraq qiymətləndirilir.
Luçesku daha əvvəl 12 il “Şaxtyor”da (Ukrayna) fəaliyyət göstərib və 2009-cu ildə bu komanda ilə UEFA kubokunu qazanıb.
O, son illərdə Rumıniya millisinin baş məşqçisi vəzifəsində çalışırdı.

