FOTO - Premyer Liqa mənsublarından "yo"x cavabı alan rəhbər şəxsdən “tikanlı sözlər”

17:40 Problem 200
FOTO - Premyer Liqa mənsublarından "yo"x cavabı alan rəhbər şəxsdən “tikanlı sözlər”

Klublar Komitəsi «Dinamo» ilə həmrəylik nümayiş etdirməkdən boyun qaçırıb.

Komitənin iclasında II Liqa təmsilçisinin müraciəti müzakirəyə çıxarılsa da, gözlənilən addım atılmayıb.

Premyer Liqa mənsublarının əksəriyyəti maddi-mənəvi dəstək istəyən «dinamoçular»ın çağırışına etinasız yanaşıb.

«Dinamo»nun İdarə Heyətinin sədri Yaşar Seyidov bu hadisənin üstündən şəxsi profilində «Bakı»ya aid foto paylaşıb.

“Dinamo”nun (Bakı) təkliflərinə etinasız və biganə yanaşan, Avropa Klublar Birliyinə can atan, bəzi Premyer Liqa komandalarına məlumat ücün.

Rəhbərliyində təmsil olunduğum “Bakı” FK 2011-ci ildə Avropa Klublar Birliyi tərəfindən ən yaxşı infrastrukrura malik “Avropanın ən yaxşı klubu“ sertifikatıa layiq görülüb.

İllər öncə bizlər Avropa Klublar Birliyində Azərbaycanı ləyaqətlə təmsil edərək, onlar səviyyəsində idman meyarlarına malik olduğumuzu nümayş etdirmişik.

Siz bizlərin etdiyini 15 il keçməsinə baxmayaraq, heç nə ilə fərqlənmədiz“ - təcrübəli funksioner saytımıza açıqlamasında paylaşımını bu cür şərh edib.

FOTO - Premyer Liqa mənsublarından "yo"x cavabı alan rəhbər şəxsdən

“Qarabağ”ın Çempionlar Liqasındakı çıxışına görə Misli Premyer Liqasının digər 11 iştirakçısına UEFA tərəfindən vəsait ödəniləcək.

UEFA artıq illərdir Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan klubların təmsil etdiyi ölkələrdəki digər yüksək liqa təmsilçilərinə də həmrəylik məqsədi ilə maddi yardım göstərir.

Bu səbəbdən də “Qarabağ”ın cari mövsümdəki çıxışına görə Misli Premyer Liqasının klubları hər biri təxminən 1.6 milyon manat vəsait əldə edəcək.

Misli Premyer Liqasında çıxış edən klublara AFFA tərəfindən də gənclər futbolunun inkişafı üçün 500 min manat təqdim olunur. Üstəlik, demək olar ki, bütün Premyer Liqa klublarının əlavə sponsoru da mövcuddur.

Lakin İkinci Liqada çıxış edən “Dinamo” bu cür dəstək ala bilmir. Bu gün “Dinamo” uşaq futboluna Premyer Liqa səviyyəsində diqqət ayırsa da, nə AFFA tərəfindən kluba gənclər futbolunun inkişafı üçün 500 min manat ayrılır, nə də əlavə sponsor var.

Bu gün “Dinamo” yalnız II Liqada çıxışa görə aldığı cüzi vəsaitlə ayaqda qalır.

II Liqada yarışmasına və maliyyə çatışmazlığına baxmayaraq, Premyer Liqa klubları kimi, “Dinamo” da bütün yaş qrupları üzrə AFFA-nın təşkilatçılığı ilə keçirilən U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və U-19 Gənclər Liqasında mübarizə aparır.

Hazırda Bakı və ətraf kənd-qəsəbələrdən 300-dək gənc akademiyada futbolun sirlərini öyrənir. Bir sözlə, qeyd etməliyik ki, “Dinamo” bu gün Azərbaycanda uşaq futbonun inkişafı üçün misilsiz və əvəzolunmaz xidmət göstərir.

Hazırda Azərbaycan çempionatlarında, Premyer Liqa, I və II Liqalarda çıxış edən yetirmələrimizin siyahısı kifayət qədər çoxdur.

Ümumiyyətlə, “Dinamo” yetirmələri üçün Premyer Liqa mənsublarından kompensasiya almayıb. Halbuki oyunçuların transferi və statusu qaydalarına əsasən, klublar bunu nəzərə almalı idilər.

Lakin bu günə qədər etdikləri çoxsaylı müraciətlərə baxmayaraq, heç bir yetirməyə görə yetişdirmə haqqı - təzminat ödənilməyib.

“Dinamo” bütün bunları nəzərə alaraq, UEFA tərəfindən “Qarabağ”ın ÇL-dəki çıxışına görə ayrılacaq vəsaitdən təkcə Premyer Liqa klublarına deyil, onlara da müəyyən maliyyə yardımı göstərilməsini AFFA-dan xahiş edir.

Doğrudan da, uzun illərdir Azərbaycan futboluna xidmət göstərən, bu gün onlarla yetirməsi Premyer Liqada olan “Dinamo” həmin vəsaitdən pay almağa layiqdir. Daha əvvəl Azərbaycan futbolunda belə bir praktika mövcud olub.

Belə ki, “Bakı” UEFA-nın ÇL-də iştirak üçün ayırdığı vəsaiti “Turan Tovuz”un hesabına yönəldib.

Digər klubların razılığı ilə həmin məbləğ Tovuz şəhər stadionunun qazonunun dəyişdirilməsinə istiqamətləndirilib. Çünki həmin vaxt Tovuz təmsilçisinin müraciəti hamı tərəfindən müsbət qarşılanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti