Gündə 8 saat yatan adamın infakrt dərdi olmur?

07:50 Problem 58
Gündə 8 saat yatan adamın infakrt dərdi olmur?

Gündəlik vərdişlərdə edilən kiçik dəyişikliklər infarkt və insult riskini əhəmiyyətli dərəcədə azaldır.

Sidney Universitetinin alimləri 53 min nəfərin iştirakı ilə apardıqları araşdırmada maraqlı nəticələr əldə ediblər.

"European Journal of Preventive Cardiology" (EJPC) jurnalında dərc olunan tədqiqat göstərir ki, hətta bir neçə dəqiqəlik fərq belə ömrü uzada bilir.

Ekspertlər ürək sağlamlığı üçün üç əsas amili qeyd edirlər. Gündəlik yuxu müddətini cəmi 11 dəqiqə artırmaq, fiziki aktivliyə 4,5 dəqiqə vaxt ayırmaq və rasiona dörddə bir fincan tərəvəz əlavə etmək kifayətdir.

Bu sadə addımlar səkkiz il ərzində ürək-damar xəstəlikləri riskini 10 faiz aşağı salır.

Nutrisoloq Nikolas Koemel bildirir ki, kiçik dəyişikliklərin birlikdə tətbiqi gözlənilməz dərəcədə böyük effekt verir.

Tədqiqat zamanı ən yaxşı nəticəni gün ərzində 8-9 saat yatan və ən azı 42 dəqiqə aktiv hərəkət edən şəxslər göstərib. Belə insanlarda ciddi ürək problemləri riski 57 faiz daha azdır.

Həkimlər sürətli gəzinti və ya pilləkən çıxmaq kimi fəaliyyətlərin ürək üçün faydalı olduğunu vurğulayırlar.

Eyni zamanda balıq, meyvə və tam taxıllı məhsulların üstünlük təşkil etdiyi qidalanma rejimi enerji səviyyəsini artıraraq yuxunun keyfiyyətini yaxşılaşdırır.

Alimlər xatırladırlar ki, sağlam həyata gedən yol böyük qərarlardan deyil, gündəlik kiçik və davamlı addımlardan keçir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti