“Bu, mənə pis təsir etdi, nəfəs almaqda çətinlik çəkdim, ancaq ürəyim dayanmadı”

01:40 Problem 77
“Bu, mənə pis təsir etdi, nəfəs almaqda çətinlik çəkdim, ancaq ürəyim dayanmadı”

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

O, infarkt keçirməsi iddialarını təkzib edib.

Rumıniyalı mütəxəssis bildirib ki, milli komandanın məşqi zamanı onda ürək ritminin pozulması – fibrilyasiya baş verib. Onun sözlərinə görə, bu hal karyerasında artıq üçüncü dəfədir yaşanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Luçesku vəziyyətinin hazırda yaxşı olduğunu vurğulayıb:

“Hazırda hər şey qaydasındadır. Türkiyə millisi ilə oyunu (0;1) təhlil edərkən çox əsəbiləşdim.

Həmin matçdan üç gün keçsə də, bu gərginlik mənə pis təsir etdi”.

80 yaşlı çalışdırıcı nəfəs almaqda çətinlik çəkdiyini, ancaq ürəyinin dayanmadığını deyib. O, yaxın günlərdə əlavə tibbi müayinələrdən keçəcək.

Bildirilib ki, Luçesku baş verən hadisəyə görə Rumıniya yığmasının Slovakiya millisi ilə səfədə keçiriləcək yoxlama oyununu buraxacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti