Bu ucuz meyvə hansı xəstəliklərin dərmanı imiş?

30 Mart 07:20 Problem 610
Bu ucuz meyvə hansı xəstəliklərin dərmanı imiş?

Alzheimer xəstəliyinin qarşısını almaq və xolesterolu aşağı salmaq üçün gündəlik pəhrizə bir meyvə daxil etmək vacibdir.

Ppakistanlı məşhur həkim Əmir Xan xurmanın damarları təmizlədiyini açıqlayıb.

Həkim gün ərzində xurmanın 2-3 ədəd yeyilsə də, qan şəkəri səviyyəsinə təsir etmədiyini və yüksək lif tərkibi sayəsində həzmi və ümumi sağlamlığı yaxşılaşdırdığını söyləyib.

O qeyd edib ki, meyvənin digər faydalı xüsusiyyəti xolesterol səviyyəsinə və ürək sağlamlığına müsbət təsir göstərir.

"Tədqiqatlar göstərir ki, xurmadakı antioksidantlar hətta beyin sağlamlığını yaxşılaşdıra və Alzheimer kimi xəstəliklərlə əlaqəli iltihabı azalda bilər", - deyə Xan bildirib və bu tapıntıların hələ ilkin olduğunu vurğulayıb./Medicina.az

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada