Bakı, Sumqayıt, Siyəzən və Zaqatalada futbol olmayacaq

29 Mart 00:50 Problem 1 084
Bakı, Sumqayıt, Siyəzən və Zaqatalada futbol olmayacaq

AFFA-nın bayrağı altında təşkil edilən aşağı yaş liqalarında həftəsonu keçirilməsi planlaşdırılan oyunlar təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu haqda qurumun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, matçların vaxtı qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədar dəyişdirilib:

"AFFA-nın bayrağı altında təşkil edilən U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının Bakı, Sumqayıt, Siyəzən və Zaqatala zonalarında həftəsonu keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədar təxirə salınıb".

Daha öncə AFFA-nın bayrağı altında təşkil edilən U-12 Qızlar Liqası, U-14 Qızlar Liqası, U-16 Qızlar Liqası və Yüksək Qızlar Liqasının 28-30 mart tarixlərində keçirilməsi planlaşdırılan oyunları da qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!