Təbriz klubunun dost olmayan ölkələrə səfəri qadağan edildi

28 Mart 02:20 Problem 714
Təbriz klubunun dost olmayan ölkələrə səfəri qadağan edildi

İran hakimiyyəti milli komandaların və klubların “dost olmayan” ölkələrdə keçirilən yarışlara səfərini qadağan edib.

Sportinfo.az xəbər verir ki, bu barədə İranın Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Qurumun açıqlamasında bildirilir ki, milli komandalar və klublar İran idmançılarının təhlükəsizliyini təmin edə bilməyən və ölkəyə qarşı qeyri-dost mövqedə olan dövlətlərdə keçirilən idman tədbirlərində növbəti bildirişədək iştirak etməyəcək.

Məlumata görə, hansı ölkələrin “dost olmayan” siyahısına daxil edildiyi açıqlanmayıb.

Bununla belə, Təbriz “Traktor”unun Səudiyyə Ərəbistanı ərazisində oyun keçirməyəcəyi qeyd olunub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada