Azərbaycanlı biznesmenin klubunda ara qarışdı - Maaşları verə bilmir

11:00 Problem 303
Azərbaycanlı biznesmenin klubunda ara qarışdı - Maaşları verə bilmir

"Serik Belediyespor" baş məşqçi Sergey Yuranla yollarını ayıra bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə "Sport Baza" məlumat yayıb.

Rusiyalı mütəxəssis I Liqa təmsilçisində vəziyyətini yaxşılaşdıra bilməsə, istefaya göndərilə bilər.

Yuran iyulun əvvəlində "Serik Belediyespor"un "sükanı arxası"na keçib. Komanda 9 turdan sonra 10-cu yerdədir.

Yurana altı həftə ərzində ilk yeddiliyə daxil olmaq tapşırılıb.

Mənbənin məlumatına görə, "Serik Belediyespor"un futbolçuları maaş borclarından şikayətlənir. Bundan başqa, türk və rus oyunçular arasında münaqişələr var.

"Serik Belediyespor"un sahibi azərbaycanlı iş adamı Tufan Sadıqovdur. O, daha əvvəl Rusiyada "Ximki"yə də sahiblik edib.

Lakin Premyer Liqa təmsilçisi maliyyə böhranına fəaliyyətini dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk