Azərbaycanda bu klubların “cib”i hələ də boşdur - VƏZİYYƏT KRİTİKLƏŞDİ!

16:00 Problem 257
Azərbaycanda bu klubların “cib”i hələ də boşdur - VƏZİYYƏT KRİTİKLƏŞDİ!

Premyer Liqa, I Liqa və II Liqada mübarizə aparan klubların həftələrdir davam edən həsrəti başa çatıb.

Amma…

Dövlət tərəfindən ayrılan yardım paketini onların heç də hamısı almayıb.

Bu liqalarda çıxış edən iştirakçıların əksəriyyətinin bank hesabı yenə boşdur.

Avqust ayına olan dotasiyanın hələ də ünvanına çatmaması birbaşa Futbolun İnkişaf Fondu (FİF) ilə əlaqədardır.

FİFA İctimai Birlikdir. Qanunvericiliyə əsasən, ictimai birliklər Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınır.

Bu tip təşkilatlar 2 il fəaliyyət göstərmək hüququna malikdir. Həmin müddət bitəndən sonra birliklər növbəti dəfə qeydiyyata alınmaq üçün nazirliyə müraciət etməlidir.

AFFA-nın nəzdində fəaliyyət göstərən FİF-in qeydiyyat müddəti bir müddət əvvəl başa çatıb. FİF SOCAR tərəfindən ayrılan yardım paketinin klublara tranşı üçün vasitəçi qurumdur.

Tural Piriyevin icraçı direktoru olduğu təşkilat ötən illərdəki kimi, yenə Ədliyyə Nazirliyinə məktub göndərib. Nazirlik isə FİF-in səlahiyyət sürəcinin başa çatmasını əsas gətirərək, haqlı olaraq qrant layihəsinin icrasını buvaxtadək ertələyib.

AFFA 2022-ci ildən bəri klublara aylıq ödəmə edir. Məbləğ yarışın statusuna görə dəyişir.

Premyer Liqa mənsubları 2,5 milyon manat alırsa, I Liqada qüvvəsini sınayanlara 30 min manat çatır. II Liqada mübarizə aparanlara verilən məbləğ isə 5800 manat təşkil edir.

Federasiya, adətən, hər ayın ilk 15 günü ərzində klubların bank hesabını vəsaitlə «doldurur». Öncəki mövsümlərdə ödəmə paketinin bir neçə dəfə gecikmə halına rast gəlinib, belə yubanma isə ilkdir.

İndiki halda klubların bəzisinin pulunu almaması, digərlərinin isə hələ də onun yolunu gözləməsi status məsələsinə gedib çıxır.

Belə ki, Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi dövlət qeydiyyatına alınmış çempionat iştirakçıları Ədliyyə Nazirliyindən xüsusi icazə istəmədən qrantı əldə etmək səlahiyyətinə malikdir.

İctimai Birlik olaraq fəaliyyət göstərən yarışmaçıların isə belə imtiyazı yoxdur. Onlar AFFA və FİF vasitəsilə nazirliyə müraciət etməlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti