“Mən 99,9 faiz əminəm ki, o, Azərbaycanla görüşdə meydana çıxmayacaq”

13:40 Problem 197
“Mən 99,9 faiz əminəm ki, o, Azərbaycanla görüşdə meydana çıxmayacaq”

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibi Ukrayna yığmasında itkilər davam edir.

Sportinfo.az xəbər verir ki, komandada daha bir futbolçunun durumu ürəkaçan deyil.

Belə ki, yarımmüdafiəçi Yeqor Yarmolyuk matça tam hazır görünmür. Düzdür, topuq bağında zədə olan “Brentford”un üzvü komandanın son məşqində kollektivə qoşulub.

Lakin futbol şərhçisi Vitali Voloçay 21 yaşlı futbolçunun meydana çıxmayacağını bildirib:

“Mən 99,9 faiz əminəm ki, Yarmolyuk Azərbaycanla görüşdə meydana çıxmayacaq.

Çünki “Brentford”un tibbi heyəti də bu məsələyə ciddi yanaşır və zədənin böyümə riskinin olduğunu bildirib. Bu üzdən Yeqorun iştirak etmək ehtimalı azdır”.

Bu gün Krakov şəhərində keçiriləcək Ukrayna – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti