Ukrayna yığmasının əsas siması millimizlə matçı kənardan izləyəcək?

18:10 Problem 210
Ukrayna yığmasının əsas siması millimizlə matçı kənardan izləyəcək?

Ukrayna yığmasının əsas futbolçularından Georgi Sudakov DÇ-2026-nın seçmə mərhələsində səfərdə İslandiyaya qarşı keçirilən oyunda zədə alıb.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilk hissədə rəqiblə toqquşmadan sonra meydanı tərk etmək məcburiyyətində qalıb.

Matçdan sonra Sudakov sosial şəbəkədə paylaşım edərək yazıb:

“Tezliklə sağalacağıma ümid edirəm. Komandamızı və azarkeşləri qələbə münasibətilə təbrik edirəm.”

Ukrayna millisi bu qarşılaşmada İslandiyanı 5:3 hesabı ilə məğlub edib. Komanda növbəti oyununu oktyabrın 13-də Polşanın Krakov şəhərində Azərbaycan yığmasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti