Yarım milyon avrodan keçdi - Yolların rəsmən ayrılması üçün

12 Oktyabr 2025 12:20 Problem 1 623
Yarım milyon avrodan keçdi - Yolların rəsmən ayrılması üçün

AFFA millinin baş məşqçisi postundan istefaya göndərdiyi Fernandu Santuşa təzminatı ödəyib.

Bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.

Bildirilib ki, onunla müqavilədə yer alan bütün şərtlərə əməl edilib.

Fəqət, federasiya rəsmisi bu məbləği açıqlamayıb.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, qurum ona 1 milyon 800 min avro (3 milyon 700 min manat) kompensasiya verib. Digər məlumatlara görə, bu rəqəm 4 milyon manat təşkil edir.

Fernandu Santuş ötən ayın 8-i istefaya göndərilib. Dünya çempionatının seçmə mərhələsinin ilk turunun İslandiya ilə səfər oyununda qeydə alınan 0:5 hesablı məğlubiyyət portuqaliyalının gedişi ilə nəticələnib.

2024-cü ilin yayında 4 illik müqavilə imzalamış əcnəbi çalışdırıcının vəkili AFFA ilə uzun sürən danışıqlar aparıb.

Yekunda Santuş Azərbaycan tərəfinə 500 min avro güzəştə razılaşıb. Birtəhər də olsa.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti